Kapello Rusiya millisi ilə müqavilə imzalayacaq

Kapello Rusiya millisi ilə müqavilə imzalayacaq
VİDEO 16 İyul 2012 / 18:07 2126
-  A +

İtaliyalı təcrübəli mütəxəssis Fabio Kapello yaxın günlərdə Rusiya milli komandası ilə müqavilə imzalayacaq.

Qol.Az-ın məlumatına görə, bu barədə Rusiya Futbol Federasiyasının rəsmisi Nikita Simonyan açıqlama verib.

Simonyan Kapello ilə anlaşdıqlarını və yaxın günlərdə təcrübəli mütəxəssislə rəsmi müqavilə imzalayacaqlarını bildirib:

"Milli komandanın baş məşqçi postuna Kapellonu gətirməyi qərara aldıq. Bir neçə gün ərzində Kapello Moskvaya gələcək və komanda ilə rəsmi müqavilə imzalayacaq".  

Qeyd edək ki, Kapellonun Rusiya millisində ilinə 12 milyon avro qazanacağı iddia olunur.


Son xəbərlər