Serblər də «Birlik kuboku»ndan imtina etdilər

XƏBƏR 2 Dekabr 2008 / 11:15 3293
-  A +

MDB və Baltikyanı ölkələrin çempionlarının mübarizə apardığı «Birlik kuboku»nun təxirə salınması Rusiya Futbol İttifaqının (RFİ) iddia etdiyi kimi texniki səbəblərlə bağlı deyil. Qol.Az-ın «Sport-ekspress» qəzetinə istinadən verdiyi məlumata görə, Serbiya Futbol Federasiyası yarışa öz təmsilçisini göndrməkdən imtina edib. Serblər 25 gün gözləmə mövqeyi tutduqdan sonra yalnız püşkatma ərəfəsində RFİ-yə «Birlik kuboku»nda iştirak etməyəcəklərini bildiriblər. İndi RFİ turnirdə iştirak etmək üçün yeni komanda axtarır.  Bu məqsədlə ruslar Bolqarıstan, Finlandiya və Sloveniya Futbol Federasiyaları ilə danışıqlara başlayıb. Azərbaycanı «İnter»in təmsil edəcəyi yarışdan bir qədər əvvəl gürcülər də imtina etmişdilər. Nəticədə, Gürcustanı Rusiyanın gənclərdən ibarət yığma komandası əvəzləyib.

Daha çox


Son xəbərlər