Ramin Musayev söz verdi

Ramin Musayev söz verdi
XƏBƏR 14 İyul 2012 / 18:06 2729
-  A +

“Bu ilki avrokubok oyunlarından hələki narazılıq yoxdur. Düzdür “Bakı” klubunda müəyyən anlaşılmazlıq oldu. Gözləmirdik ki, “Bakı” məğlub olar. Ancaq bu futboldur və futbolda hər şey ola bilər".

Qol.Az-ın məlumatına görə, bu sözləri PFL-in prezidenti Ramin Musayev deyib.

Klublarımızın Avrokuboklardakı çıxışlarını dəyərləndirən R.Musayev bu haqda belə danışıb: "Bəzən gözlənilmədən köklü bir komandanı adi bir klub udur. “Bakı”nın mərhələ adlamamasının birinci səbəbkarı Bakıda olan oyundakı hakimin qeyri-peşəkar qərarları oldu. Ancaq mən inanıram ki, “Bakı” Premyer Liqada özünü daha yaxşı göstərəcək. Çünki yeni gələn futbolçular hələ komandaya tam alışmayıblar. Bu özünü “Bakı”nın son oyununda da göstərdi.

“İnter” də çox gözəl oyun nümayiş etdirdi. Çoxları inanmırdı ki, “Xəzər Lənkəran” növbəti mərhələyə keçəcək. Ancaq mən əmin idim ki, “Xəzər Lənkəran” mərhələ adlayacaq. Çünki komandanın həm transferləri ilə, həm də baş məşqçisi ilə maraqlanırdıq və ən əsası klubun rəhbəri Mübariz müəllimin komanda ilə bir yerdə olması, mənə elə gəlir ki, futbolçulara əlavə bir güc verdi və “Xəzər Lənkəran” qələbə qazandı. İnanıram ki, iyulun 17-də “Neftçi” də öz azarkeşlərini sevindirəcək. Hər üç klubumuza növbəti mərhələlərdə Avrokuboklarda və eyni zamanda növbəti çempionatda iştirak edən bütün komandalarımıza da uğurlar arzulayıram.

Peşəkar Futbol Liqasının prezidenti olaraq hər birinizin qarşınızda söz verirəm ki, heç bir haqsızlığa yol verilə bilməz. Ötən çempionatda da şahidi oldunuz ki, haqsız olan hakimlər uzaqlaşdırıldı. Peşəkar Futbol Liqasının fəaliyyətdə olduğu dörd ildə Premyer Liqadan uzaqlaşdırılan hakimlərin sayı keçmiş 16 ildə olmamışdır. Bizim istədiyimiz odur ki, heç kəsin haqqı tapdalanmasın. Bundan sonra da çalışacağıq ki, daha da düzgünlük olsun. Sponsorlar qarşısında özünə bəraət qazandırmaq üçün bəzi baş məşqçilər, futbolçular hakimləri günahlandırırlar".


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın