Droqba: "Çinə pul üçün gəlməmişəm" (VİDEO)

VİDEO 14 İyul 2012 / 17:43 2650
-  A +

Ötən ay Çinin "Şanxay Şenhua" klubuna transfer olunan Didye Droqba hava limanında böyük coşqu ilə qarşılanıb.

Qol.Az-ın "Sporx.com"a istinadən verdiyi məlumata görə, jurnalistlərin suallarını cavablandıran 34 yaşlı futbolçu Çinə pul üçün gəlmədiyini açıqlayıb:

"Mənim üçün Avropada qalmaq daha asan olardı. Ancaq mən sonda Çini seçdim. Çünki yeni macəralar axtarırdım. Məhz ona görə də buradayam. Yəni, bura pul üçün deyil, yeni titullar qazanmaq üçün gəlmişəm".

Qeyd edək ki, Droqba ötən mövsüm "Çelsi"nin Çempionlar Liqasını qazanmasında böyük pay sahibi olmuşdu.





Son xəbərlər