"Fənərbaxça"dan "Benfika"nın hücumçusuna 11 milyon avro

"Fənərbaxça"dan "Benfika"nın hücumçusuna 11 milyon avro
XƏBƏR 14 İyul 2012 / 17:02 2840
-  A +

Türkiyənin "Fənərbaxça" klubu "Benfika"nın hücumçusu Oskar Kardozonu transfer etməkdə olduqca israrlıdır.

Qol.Az-ın "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, İstanbul təmsilçisi paraqvaylı futbolçunun keçidi üçün qarşı tərəfə 11 milyon avro ödəməyə hazırlaşır.

29 yaşlı yaşlı futbolçu "Fənərbaxça"nın təklifini müsbət qarşılayıb. Lakin "Benfika" rəhbərliyinin "Fənərbaxça"dan 15 milyon avro tələb etməsi bu transferin gerçəkləşməsinə mane olur.

Qeyd edək ki, hazırda "Benkika"da ayına 75 min avro qazanan Kardozo "Fənərbaxça"da çıxış edəcəyi təqdirdə aylıq 200 min avro maaş alacaq.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı