Çempionlar Liqasında "Neftçi" və Azərbaycan bayraqları

XƏBƏR 14 İyul 2012 / 15:27 3031
-  A +

Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 17-də keçiriləcək "Neftçi" - "Zestafoni" oyunu üçün təşkilati işlər davam etdirilir.

Qol.Az-ın məlumatına görə, matçın keçiriləcəyi "Dalğa Arena"da oturacaqların sayına uyğun Azərbaycan və "Neftçi" klublarının bayraqları yerləşdiriləcək.

6700 tamaşaçı tutumu olan "Dalğa Arena"ya gələcək azarkeşlər də həmin bayraqları dalğalandırmaq imkanı qazanacaq.

Qeyd edək ki, "Neftçi" - Zestafoni" matçı iyulun 17-də saat 21:00-da başlayacaq.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı