"Xəzər Lənkəran"ın avrokuboklardakı "11"liyi

"Xəzər Lənkəran"ın avrokuboklardakı "11"liyi
XƏBƏR 14 İyul 2012 / 14:53 3832
-  A +

Avropa Liqasının I təsnifat mərhələsinin “Nomme kalyu” ilə Estoniyadakı cavab oyunu “Xəzər Lənkəran” üçün bir sıra maraqlı məqamlarla əlamətdar olub.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Xəzər Lənkəran"ın 2:0 hesablı qələbə qazandığı səfər oyunundakı məqamlardan rəmzi “11-lik” hazırlanıb.
 

Həmin "11"-liyi təqdim edirik:

1. “Xəzər Lənkəran” avrokuboklarda 1-ci qələbəsini qazandı. Bunadək baş tutan 11 oyunda komanda 5 heç-heçə edib, 6 məğlubiyyətlə üzləşmişdi.

2. “Xəzər Lənkəran”ın hücumçusu Branimir Subaşiç ardıcıl 2 oyundur meydanı qolsuz tərk etmir. O, Avropa Liqasının I təsnifat mərhələsinin “Nomme Kalyu” ilə həm Azərbaycan, həm Estoniyadakı oyununda qol vurub. Bununla da, Branimir 3 qolun müəllifi Zaur Ramazanovdan sonra avrokuboklarda “Xəzər Lənkəran” üçün 1-dən artıq qol vuran 2-ci oyunçu olub.

3.
“Xəzər Lənkəran” avrokuboklarda 3 oyundur uduzmur. Ötən mövsümün İsrail “Makkabi”si (Təl-Əviv) ilə qolsuz heç-heçədən sonra “Nomme Kalyu” ilə oyunlarda (2:2, 2:0) seriya 3-ə çatıb. Ümumilikdə isə “Xəzər Lənkəran” artıq 6 oyundur uduzmur.

4.
“Xəzər Lənkəran” avrokubokların bir duelində 4 qol vurdu. İndiyədək komanda ən yaxşı halda eyni rəqibə 2 qol vurmuşdu.həm də komandanın avrokuboklarda 12-ci oyunu idi.

5. “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov bu postda 5-ci qələbəsini qazandı. O, buna 12 oyunda nail olub. Maraqlıdır ki, bu matç Lənkəran” formasında avrokuboklarda 7 oyunçu qol sevinci yaşamışdı. Bu 7 futbolçuya qoşulub 8-ci olan müdafiəçi həm də klubda qol hesabını açdı. Bunu 2-ci görüşdə bacaran Ruslan komandanın tarixinə 73-cü qolçu kimi daxil oldu.

6. “Xəzər Lənkəran” avrokuboklarda qarşılaşdığı 6 komandanın hər birinə ən azı 1 qol vurub.

7.
Estoniyadakı qarşılaşmada hesabı açan Ruslan Abışova qədər “Xəzər

8. “Xəzər Lənkəran” avrokuboklarda ilk mərhələni yarandıqdan 8 il sonra, 6-cı cəhddən keçib.

9.
Branimir Subaşiç “Xəzər Lənkəran”da ümumilikdə 9-cu qolunu vurub klub tarixinin ən yaxşı bombardirləri siyahısında 16-cı yerə yüksəlib.

10.
Rahid Əmirquliyev avrokuboklarda 10-cu dəfə ağ-yaşıl forma ilə
meydana çıxıb. Yubiley qeyd edən kapitan bu göstəricidə klubun rekordçusudur.

11.
Ruslan Abışovun qolu avrokuboklarda yubiley – 10-cu qol oldu. Branimir Subaşiçin qolu ilə rəqib qapılarından keçirilən topların sayı 11-ə çatıb.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı