Elxan Məmmədov: “Stadionlarımız dolmasa, UEFA bizə müsbət cavab verməyəcək”

Elxan Məmmədov: “Stadionlarımız dolmasa, UEFA bizə müsbət cavab verməyəcək”
MÜSAHİBƏ 14 İyul 2012 / 14:25 4226
-  A +

AFFA-nın baş katibi Elxan Məmmədov Qol.Az-a müsahibə verib
 
- Sentyabrda ölkəmizdə start götürəcək 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatının püşkü atıldı və komandamızın qrupdakı rəqibləri məlum oldu. Şanslarımızı necə görürsünüz?

- Sözün düzü, ilk növbədə baş məşqçi ilə danışmalıyam, amma hesab edirəm ki, normal qrupa düşmüşük. Çünki daha çətin komandalarla rəqib ola bilərdik. Orta səviyyəli qrupa düşdüyümüzü deyə bilərəm və komandamıza da uğurlar arzulayıram. 

- Sizcə, qrupumuza düşən rəqiblər arasında ən çətini hansıdır?

- Məncə, Nigeriya.

- Bəs, ölüm qrupu hansını hesab edirsiniz?

- Almaniyanın yer aldığı qrupu.

- Qrupdan çıxacağımız halda Braziliya ilə qarşılaşmaq ehtimalımız var. Bunu istərdinizmi?

- Böyük ölkələrlə oynamaq hər zaman yaxşıdır. Digər tərəfdən, nəzərə alaq ki, biz evdə oynayırıq. Buna görə, çalışmalıyıq, nisbətən daha zəif rəqiblə düşək.

- Gələn qonaqlar təşkilatçılığı yüksək qiymətləndiriblər və yəqin ki, oyunlar da eyni qaydada təşkil olunacaq. 2016-cı ildə 17 yaşlı oğlanlar arasında keçiriləcək Avropa çempionatını da yüksək səviyyədə təşkil etsək, bu, bizim AÇ-2020-ni qəbul etmək şanslarımızı daha da artıra bilər?

- Mən açıq deyəcəm, bu cür tədbirlər istər Azərbaycanda, istərsə də qonşu ölkələrdə nə qədər çox keçirilsə, bizim üçün müsbət sayılacaq. Məsələn, Ukrayna və Polşanı götürün. Bir neçə il bundan əvvələ kimi, onlar haqqında mənfi fikirlər var idi, çoxları inanmırdı ki, Avropa çempionatı bu ölkələrdə baş tuta, amma gördüyünüz kimi, onlar necə yüksək səviyyədə bir çempionat keçirdilər. Ən əsası, bunlar bilirsiniz niyə bizi sevindirir? Çünki UEFA görəndə ki, yeni ölkələr yüksək səviyyədə çempionatlar təşkil edirlər, özlərini doğruldurlar, bizim də şanslarımız artır. Bildiyiniz kimi, 2015-ci ildə Gürcüstanda Superkubok oyunu keçiriləcək ki, bu da şansımızı artıran məqamlardandı. Nə qədər bu cür tədbirlər olsa, bizim şansımızı artırır. Ən əsası, çox xahiş edirəm, bunu xüsusi qeyd edəsiniz ki, bizim şanslarımızı artıran əsas amillərdən biri stadionlarımızın dolmasıdır. Stadionlarımız dolmasa, UEFA bizə müsbət cavab verməyəcək. Çünki bu gün UEFA-nın FİFA-nın birinci tələbi odur ki, stadionlar dolsun. İstər Premyer Liqa, istərsə də avrokuboklarda stadionlarımız dolu olmalıdır. Avropa Liqası artıq start götürüb. Konkret “Bakı”-“Mura 05” oyununda stadionun heç yarısı da dolmamışdı.
 
- Bu məsələ futbolumuzun ən yaralı yerlərindın biridir. Eyni gündə Lənkəranda keçirilən “Xəzər Lənkəran”-“Nomme Kalyu” matçında tribunalarda boş yer yox idi. Niyə paytaxtda  oyunlara gələn yoxdur?

- Mən hesab edirəm ki, təbliğatı artırmaq lazımdır. Bunun üçün də sərmayə qoymaq, mətbuatla işləmək lazımdır. Bundan başqa, orta məktəblərlə, eləcə də universitetlərlə əməkdaşlıq qurmaq yaxşı olardı. Bu, dəb halına salınmalıdır. Bu gün İngiltərədə oyunlara orta hesabla 39 min, Almaniyada isə 44 min azarkeş gəlir. Amma iki il bundan qabaq İngiltərədə bu göstərici 45 min, Almaniyada isə 33 min idi. Deməli, almanlar bu sahədə düzgün təbliğat işləri aparıblar.


Anar XANLAROV

Daha çox


Son xəbərlər