"Çempionatın oyunları axşam saatlarında keçirilsin"

"Çempionatın oyunları axşam saatlarında keçirilsin"
XƏBƏR 14 İyul 2012 / 13:16 2801
-  A +

"Hansı stadionda işıqlanma sistemi varsa, oyunlar azarkeşlərə uyğun vaxtda keçiriləcək. Qışda isə işıq sistemi olmayan stadionlarda oyunları tez saatlarda keçirməyə məcburuq".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

Premyer Liqanın oyunlarının başlama saatlarına toxunan R.Musayev bu haqda belə deyib: "Oyunlar elə vaxt olmalıdır ki, klub üçün də uyğun olsun. Heç bir kanal bizim razılığımız olmadan özbaşına oyunun vaxtını təyin edə bilməz. Əgər işıqlandırma sistemi varsa, stadionda oyunlar axşam keçirilməlidir ki, azarkeşlər də oyuna gəlib normal baxa bilsinlər.

Bilirəm ki, çempionatın oyunları tez keçiriləndə azarkeşlər vaxt problemi ilə bağlı stadionlara gələ bilmirlər. Biz də çalışacağıq ki, işıqlandırma olan stadionlarda oyunlar axşam saatlarında keçirilsin".


Son xəbərlər