"Qarabağ" ev oyunlarını ya Ağdamda, ya da Bakıda keçirməlidir, vəssalam!"

XƏBƏR 14 İyul 2012 / 12:57 2225
-  A +

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev "Qarabağ" klubunun yeni mövsümdə ev oyunlarını hansı stadionda keçirəcəyi ilə bağlı məsələyə aydınlıq gətirib.

Qol.Az-ın məlumatına görə, R.Musayev deyib ki, Ağdam təmsilçisi ev oyunlarını ya Bakıda, ya da Quzanlı qəsəbə stadionunda keçirməlidir: "Başqa variant mümkün deyil, vəssalam! Zəif komandanı Bakıda, güclünü isə Ağdamda qəbul etmək doğru olmaz. Biz buna imkan vermərik. "Qarabağ" stadion məsələsində seçim etməlidir - ya Ağdam, ya da Bakı".


Qeyd edək ki, "Qarabağ" tərəfi oyunların bəzilərinin Bakıda, bəzilərinin isə Quzanlıda keçirilməsini təklif etsə də, bununla bağlı razılıq əldə olunmayıb. PFL prezidenti oyunların yalnız bir məkanda keçiriləcəyini bildirib. 

 


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı