"Qarabağ"ın "Manisaspor"la oyunu baş tutmadı

"Qarabağ"ın "Manisaspor"la oyunu baş tutmadı
XƏBƏR 14 İyul 2012 / 12:33 1447
-  A +

"Qarabağ" Türkiyənin Qızılcahamam bölgəsindəki təlim-məşq toplanışını başa vurub.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, iyunun 30-dan toplanışda olan komanda hazırlığın ilkin mərhələsini yekunlaşdıraraq Bakıya  geri qayıdır.

Hazırlığın sonuncu günündə komandanın "Manisaspor"la yoxlama oyunu nəzərdə tutulmuşdu. Ancaq manisalılar hazır olmadığını bildirdiyindən oyun baş tutmayıb. Belə də komandamız günü 2 məşqlə bitirib.

Bu gün Ankara – Bakı reysiylə vətənə dönən komanda paytaxda 3 gün qalacaq. "Qarabağ" iyulun 17-si yenidən Türkiyəyə qayıdaraq təlim-məşq toplanışının II mərhələsinə start verəcək. "Qarabağ" bu dəfə Boluya hərəkət edəcək. Daha doğrusu adı çəkilən rayonun Gerede qəsəbəsində məskunlaşacaq. Komandanın Bolu səfəri isə 13 gün çəkəcək. "Qarabağ"ın təlim-məşq toplanışı iyulun 30-da başa çatacaq.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki