"Xəzər Lənkəran"a bolqar, "İnter"ə danimarkalı hakim

"Xəzər Lənkəran"a bolqar, "İnter"ə danimarkalı hakim
XƏBƏR 14 İyul 2012 / 11:49 1559
-  A +

Avropa Liqasının II təsnifat mərhələsində iştirak etmək hüququ qazanan "Xəzər Lənkəran" və "İnter"in səfər oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb.

Qol.Az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, iyulunun 26-da Polşanın Poznan şəhərində baş tutacaq "Lex" - "Xəzər Lənkəran" matçını bolqarıstanlı referi Stanislav Todorov idarə edəcək.

Yunanıstanın Tripolis şəhərində keçiriləcək "Asteras Tripolis" - "İnter" matçı isə danimarkalı hakim Lars Kristofersenə həvalə olunub.

Qeyd edək ki, "Asteras Tripolis" - "İnter" matçı Bakı vaxtı ilə saat 22:00-da, "Lex" - "Xəzər Lənkəran" oyunu isə saat 23:00-da başlayacaq.

 


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"