Tevez: "Mançester Siti"ni tərk etmək niyyətim yoxdu"

Tevez: "Mançester Siti"ni tərk etmək niyyətim yoxdu"
XƏBƏR 14 İyul 2012 / 11:17 1493
-  A +

"Mançester Siti" klubunun hücumçusu Karlos Tevez "Milan"a keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.Az-ın "Football İtalia"ya istinadən verdiyi məlumata görə, bu xəbəri təkzib edən argentinalı futbolçu "Mançester Siti"də qalacağını açıqlayıb:

"Son zamanlar "Milan"a keçəcəyimlə bağlı xəbərlər yayılıb. Lakin mənim "Mançester Siti"ni tərk etmək niyyətim yoxdur. Burada qalıb yenidən İngilətərə Premyer Liqasında çıxış etmək istəyirəm. Üstəlik Çempionlar Liqasının oyunlarını da səbirsizliklə gözləyirəm".

Qeyd edək ki, "Milan" klubunun Tevezə 20 milyon avro təklif etsə də, futbolçu "Mançester Siti"də qalmağı üstün tutub.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord