Olimpiya təmsilçimiz dünya çempionatının yarımfinalında

Olimpiya təmsilçimiz dünya çempionatının yarımfinalında
XƏBƏR 14 İyul 2012 / 02:22 1568
-  A +

Litvanın Trakay şəhərində keçirilən 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatında Azərbaycanın yeganə təmsilçisi Aleksandr Aleksandrov yarımfinala yüksəlib.

Qol.Az-a Avarçəkmə Federasiyasından verilən məlumata görə, əvvəlcə 22 yaşlı avarçəkənimiz 1 nəfərlik qayıqla (BM1X) 2000 metr məsafəyə seçmə yürüşdə iştirak edib. O, finişə hamıdan tez - 7 dəqiqə 5,03 saniyəyə çatıb və öz yarımqrupunda ən yaxın izləyicisi Byörn-Yosteyn Sinqstadı (Norveç) 9,08 saniyə qabaqlayıb. Bu nəticə ilə Aleksandrov ¼ finala çıxıb. Növbəti mərhələdə də avarçəkənimiz uğurla çıxış edib. Təmsilçimiz 7 dəqiqə 11,07 saniyə nəticə ilə birinci yeri tutub. İdmançımız ən yaxın izləyicisi Andre Redrı (Slovakiya) 4,12 saniyə üstələyib. Yarımfinal yürüşləri iyulun 14-də, final isə iyulun 15-də olacaq.

Qeyd edək ki, Aleksandr Aleksandrov 2012-ci il London Yay Olimpiya Oyunlarında da çıxış edəcək.

Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı