Cavid Hüseynov Türkiyə çempionatında

Cavid Hüseynov Türkiyə çempionatında
XƏBƏR 14 İyul 2012 / 00:02 2951
-  A +

“Neftçi” klubu ilə yollarını ayıran Azərbaycan milli komandasının futbolçusu Cavid Hüseynov karyerasını Türkiyə çempionatında davam etdirəcək. 24 yaşlı yarımmüdafiəçi I Liqaya yenicə yüksələn “Adana Dəmirspor”la 2 illik müqavilə bağlayıb.

Eyni müddətə müqaviləyə “Dənizlispor”dan alınan 27 yaşlı stopper Burak Akyıldız da imza atıb. Klubun vitse-prezidenti Ali Uğur Akbaş Hüseynova böyük ümid bəslədiklərini söyləyib: “Cavid çox uğurlu futbolçudur. 29 dəfə Azərbaycan yığmasının formasını geyib. 3 dəfə öz ölkəsinin çempionu olub. İnanırıq ki, o, “Adana Dəmirspor”u da hədəfinə çatdırmaq üçün böyük fayda verəcək. Transfer çalışmalarımızda son dərəcə diqqətli davranırıq. 100 ölçüb, 1 biçirik”.

Öz növbəsində azərbaycanlı futbolçu çox böyük cameəyə xidmət edəcəklərini bildirib. Hüseynov bu klubla müqavilə imzaladığı üçün özünü xoşbəxt sayıb: “Yeni klubumun cameəsinə və azarkeşinin gücünə çox yaxından bələdəm. “Adana Dəmirspor”un hədəflərinə yaraşan oyun ortaya qoyaraq, hər kəsi məmnun edəcəyik”.

Qeyd edək ki, Cavid Hüseynov əvvəllər Bakının “İnter” və “Neftçi” komandalarının heyətində üst-üstə 3 dəfə Azərbaycan çempionu olub.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord