UEFA avrokubok iştirakçısı olan klublarımıza verdiyi pulun məbləğini açıqladı

UEFA avrokubok iştirakçısı olan klublarımıza verdiyi pulun məbləğini açıqladı
ÖLKƏ FUTBOLU 13 İyul 2012 / 19:28 5011
-  A +

UEFA 2011-12 movsümü üçün milli futbol assosiasiyalarının klubların Avropa miqyaslı yarışlarda iştirakına görə qazandığı məbləğin miqdarını açıqlayıb.

Qol.Az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, ötən mövsüm avrokubok yarışlarındakı iştirakı üçün Azərbaycan klublarına ümumilikdə 780 min avro ödənilib.

Qeyd edək ki, həmin mövsümdə ölkəmizi qitə miqyaslı yarışda təmsil edən “Neftçi”, “Xəzər Lənkəran” və AZAL birinci mərhələdə mübarizəni dayandırıb, “Qarabağ” isə iki mərhələ adlamağı bacarıb. Bu səbəbdən ən çox maliyyə də məhz Ağdam klubuna ayrılıb.

Qeyd edək ki, UEFA-nın saytında təsnifat mərhələlərində çıxışlarını başa vuran klubların gəlirləri haqda məlumat verilməyib, yalnız dörd komandamıza görə AFFA-ya nə qədər məbləğ ayrıldığı göstərilib. Milli federasiya isə bu pulu dörd klub arasında bölüb.

Daha çox


Son xəbərlər