“İnter” İsveçrə millisinin üzvü ilə müqavilə bağladı

“İnter” İsveçrə millisinin üzvü ilə müqavilə bağladı
XƏBƏR 13 İyul 2012 / 19:00 3000
-  A +

Ölkəmizi Avropa Liqasında təmsil edən Bakının “İnter” klubu İsveçrə yığmasının və “Sürix”in  futbolçusu Haynz Barmettleri heyətinə qatıb.

Bu haqda Qol.Az-a açıqlamasında “bankirlər”in baş meneceri Səbuhi Səfiyarlı məlumat verib. 

Onun sözlərinə görə, futbolçu ilə artıq  2 illik müqavilə bağlanıb və o sabah Bakıda olmalıdır: “Hazırda futbolçu sənədlərini qaydasına salmaqla məşğuldur. Hər şey qaydasında olsa, Haynz sabah Bakıda olacaq və məşqlərə qoşulacaq”.
 
Səfiyarlının sözlərinə görə, yeni transferin Avropa Liqasının II təsnifat mərhələsində Yunanıstanın “Asteras” klubuna qarşı ilk matçda meydançaya çıxıb-çıxmayacağı hələlik dəqiq bilinmir: “Çalışırıq ki, onun adını iştirak ərizəsinə daxil edək. Ancaq bunun üçün futbolçu  lazım olan sənədləri vaxtında bizə çatdırmalıdır. Çatdıra bilsə, adını UEFA-ya göndərəcəyik və “Asteras”la oyunda meydançaya çıxacaq".

Qeyd edək ki, 1,82 metr boya malik futbolçunun 25 yaşı var.  O, “Sürix”in  heyətində 2006-cı ildən bu yana 64  oyun keçirib. Müdafiəçi 21 yaşlılardan ibarət yığmada 9, əsas millidə isə  1 matçda forma geyinib.


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"