Azərbaycanlı futbolçu "Dinamo"nu "Dnepr"ə dəyişdi

Azərbaycanlı futbolçu "Dinamo"nu "Dnepr"ə dəyişdi
XƏBƏR 13 İyul 2012 / 18:41 2078
-  A +

Ukraynanın “Dinamo” (Kiyev) komandasının futbolçusu Aleksandr Əliyev icarə əsasında “Dnepr”ə keçib.

“Dinamo”nun rəsmi saytına istinadən verdiyi məlumata görə, əslən azərbaycanlı yarımmüdafiəçi ilə ilin sonunadək müqavilə bağlanılıb.

27 yaşlı oyunçu iyunun sonlarında transferə çıxarılmışdı. Həmin vaxt Kiyev komandasının baş məşqçisi Yuri Syomin bildirmişdi ki, Əliyev özünə qarşı tələbkarlığını azaldıb və əvvəlkindən zəif oynamağa başlayıb. Digər tərəfdən, “Dinamo” rəhbərliyi onun mövqeyinə Xorvatiya yığmasının futbolçusu Niko Krancarı alıb. Əliyev icarə müqaviləsini başa vurduqdan sonra gələn ildən “Dinamo”ya qayıda bilər.

Qeyd edək ki, Aleksandr Əliyev “Dinamo”da 2002-ci ildən çıxış etməyə başlayıb. O, 2010-cu ildə Yuri Syominlə birgə Rusiya “Lokomotiv”inə keçib, bundan iki il sonra isə “Dinamo”ya qayıdıb. Əliyev 2011-2012-ci il mövsümündə Kiyev klubunda 37 oyuna 5 qol vurub. Futbolçu 2012-ci il Avropa çempionatında Ukrayna yığmasının heyətində çıxış edib (Lent.az).

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi