"Neftçi" - "Zestafoni" oyunu üçün xüsusi avtobuslar ayrıldı

XƏBƏR 13 İyul 2012 / 18:16 2672
-  A +

Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində öz meydanında Gürcüstanın "Zestafoni" klubunu qəbul edəcək "Neftçi" komandası azarkeşləri üçün xüsusi avtobuslar ayırıb.

Qol.Az-ın məlumatına görə, Mərdəkan qəsəbəsində yerləşən "Dalğa Arena"da baş tutacaq oyunu canlı izləmək istəyən azarkeşlər Bakının bütün metro stansiyalarının çıxışlarında onlar üçün ayrılmış xüsusi avtobuslarla matçın keçiriləcəyi stadiona gedə biləcəklər. 

Avtobusların hansı saatlarda yola çıxacağı haqda "Neftçi" klubu tərəfindən ətraflı məlumat veriləcək.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı