“Bakı” yaxşı komandadır, amma bu cür oyunla uğur qazana bilməyəcək”

“Bakı” yaxşı komandadır, amma bu cür oyunla uğur qazana bilməyəcək”
ÖLKƏ FUTBOLU 13 İyul 2012 / 17:30 2754
-  A +

“Mura 05”-“Bakı” oyununu izlədim. “Bakı” pis oynamadı, amma qol vura bilmədi”.

Bu sözləri Qol.Az-a açıqlamasında “Bakı”nın sabiq futbolçusu Ernad Skuliç deyib. Xorvatiyalı futbolçu sabiq komandasının uğursuzluğuna təəssüfləndiyini bildirib:

“Çox təəssüfləndim ki, “Bakı” “Mura 05”-ə uduzaraq, mübarizəni dayandırdı. “Bakı” yaxşı komandadır, amma bu cür oyunla uğur qazana bilməyəcək. “Mura 05” ehtimal oluna biləcək ən zəif rəqib idi. Ancaq “Bakı” mərhələni keçə bilmədi”.
 
Skuliçin fikrincə, artıq hər şeyi unudub gələcəyə baxmaq lazımdır: “Artıq olan oldu.  İndi toparlanıb növbəti mövsümə hazırlaşmağın vaxtıdır”.

Xorvatiyalı futbolçu “Səncə, “Mura 05” MOİK (Bolqarıstan) səddini keçə bilərmi?” sualına isə konkret cavab verdi: “Bu, mümkün deyil. “Bakı”nı məğlub etmək onlar üçün artıq böyük uğurdu”.

Qeyd edək ki, gəldiyi gündən “Bakı”nın aparıcı futbolçularından olan Skuliç Aleksnadr Starkovun gəlişindən sonra heyətdən kənarlaşdırılmışdı.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı