Milli komandamız “Fənərbaxça”nın qaldığı oteli seçdi (FOTOSESSİYA)

XƏBƏR 5 May 2009 / 16:29 2948
-  A +

Iyunun 2-də Azərbaycan millisi Kayseri şəhərində Türkiyə millisi ilə yoldaşlıq oyunu keçirəcək. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, milli komandamız Türkiyədə keçirəcəyi təlim-məşq toplanışı dövründə Kayseridəki 5 ulduzlu «Hilton» otelində qalacaq. Türkiyənin məşhur “Fənərbaxça” klubu da martın 8-də keçirilən “Kayserispor”la oyunöncəsi məhz bu oteldə məskunlaşmışdı.  
212 otağa malik olan “Hilton” otel Kayserinin mərkəzində yerləşir. Oteldə həmçinin dünya və Türkiyə mətbəxinin olduğu restoran, bar, fitnes klub, hovuz, disko klub, sauna və fin hamami mövcuddur.  
















Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord