Həmid Altıntop İtaliya nəhənginin hədəfində

Həmid Altıntop İtaliya nəhənginin hədəfində
XƏBƏR 7 İyul 2012 / 16:09 2581
-  A +

"Real" (Madrid) klubunun yarımmüdafiəçisi Həmid Altıntop İtaliya nəhəngindən təklif alıb.

Qol.Az-ın "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, türkiyəli futbolçu "Milan"ın maraq dairəsinə düşüb.

Lakin 31 yaşlı futbolçu ilə "Fənərbaxça" və "Qalatasaray"ın da yaxından maraqlanması Milan təmsilçisinin işini çətinə salır. Altıntopu transfer etmək üçün "Milan"ın "Real"a nə qədər pul təklif edəcəyi isə böyük maraq doğurur.

Qeyd edək ki, ötən mövsüm "Real"a transfer olunan Həmid keçirdiyi 5 oyunda cəmi bir dəfə rəqib qapısına yol tapıb.

 


Son xəbərlər