"Xəzər Lənkəran" Estoniyaya yola düşür

"Xəzər Lənkəran" Estoniyaya yola düşür
XƏBƏR 7 İyul 2012 / 15:01 2549
-  A +

UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində səfərdə "Nomme Kalyu" klubunun qonağı olacaq "Xəzər Lənkəran" bu axşam Estoniyaya yola düşəcək.
 
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, təxminən gecə saat 00:00-da birbaşa hava reysi ilə Bakıdan Estoniyanın paytaxtı Tallinə yollanacaq komanda sabah və iyulun 9-da orada oyunöncəsi məşqlərini keçirəcək.

Qeyd edək ki, "Nomme Kalyu" və "Xəzər Lənkəran" arasında cavab qarşılaşması iyul ayının 10-u Bakı vaxtı ilə saat 20:45-də Tallinin "Kadrioru" stadionunda baş tutacaq. Matçı Norveçi təmsil edən Daq Vidar Hafsasın başçılıq etdiyi hakimlər briqadası idarə edəcək. Bu komandalar arasında Lənkəranda baş tutan ilk görüş isə 2:2 hesabı ilə nəticələnmişdi.

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı