"Anji"nin futbolçusu rəsmən "Sumqayıt"da

"Anji"nin futbolçusu rəsmən "Sumqayıt"da
XƏBƏR 7 İyul 2012 / 14:07 2948
-  A +

2012/2013 mövsümünə hazırlaşan “Sumqayıt” klubu transfer çalışmalarını davam etdirir.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Mahaçqalanın “Anji” klubunun əvəzedici komandasının əsas yarımmüdafiəçisi Məhəmməd Mirzəbəyov komanda ilə bir illik müqavilə imzalayıb.

1990-cu ildə anadan olmuş adı çəkilən futbolçu 15 yaşında “Torpedo”nun əvəzedici komandasında çıxış etməyə başlayıb. Daha sonra “Torpedo-Zil”ə keçən Məhəmməd bu klubda 22 qarşılaşmada forma geyinib. 2010-cu ildən etibarən “Anji”nin əvəzedicilərində çıxış edən yeni transfer 2011/2012 mövsümündə Mahaçqala klubunun heyətində çempionatdakı bütün görüşlərində meydana çıxıb və rəqib qapılarından 1 top keçirib. O, 37 qarşılaşmada 3895 dəqiqə meydanda olub.

Qeyd edək ki, Məhəmməd “Sumqayıt”da icarə əsasında çıxış edəcək.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı