"Trans"ın baş məşqçisi Bakıda qələbəyə inanır

"Trans"ın baş məşqçisi Bakıda qələbəyə inanır
GÜNDƏM 7 İyul 2012 / 12:44 2551
-  A +

"Təəssüf ki, "İnter"ə 0:5 hesabı ilə məğlub olduq. Bu nəticə komandalar arasında səviyyə fərqini ortaya çıxardı. Rəqib istər hava, istərsə də yerlə ötürmələrdə daha yaxşı təsir bağışlayırdı. Biz isə daha çox yerdən ötürməyə üstünlük verirdik".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Trans" klubunun baş məşqçisi Aleksey Yaqudin "İnter"lə oyundan (0:5) sonra deyib.

Yaqudin "İnter"lə ilk oyunun nəticəsini tezliklə unutmalı və Bakıdakı oyuna köklənməli olduqlarını bildirib: "Təbii ki, bu nəticə pis oldu. Ancaq tezliklə bu oyunu unudub, Bakıdakı görüşə köklənməliyik. "Trans"ın öz oyun üslubu və fəlsəfəsi var. Bununla belə, öz üzərimizdə daha çox işləməliyik. Əsas odur ki, biz özümüzə və qələbəyə inanırıq".

Qeyd edək ki, "Dalğa Arena"da keçiləcək "İnter" - "Trans" matçı iyulun 12-də saat 21:00-da başlayacaq.

 

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki