Van Qal Hollandiya millsində

Van Qal Hollandiya millsində
GÜNDƏM 7 İyul 2012 / 10:38 2205
-  A +

“Avro-2012”dən sonra Bert van Marveyklə yolları ayıran Hollandiya Futbol Federasiyası ölkə milli komandasının baş məşqçi vəzifəsinə məşhur Lui van Qalı gətirir.

Qol.Az-ın Hollandiyanın “Voetbal International” nəşrinə istinadən yaydığı xəbərə görə, son iş yeri Almaniyanın “Bavariya” klubu olan van Qalın yaxın günlərdə federasiya ilə müqavilə imzalayacağı gözlənilir.

Beləliklə, DÇ-2014-ün seçmə oyunlarına hollandlar van Qalın rəhbərliyi altında meydana çıxacaq.

Daha çox


Son xəbərlər