Tihon Şişov: “Cavab oyunu daha çətin olacaq”

Tihon Şişov: “Cavab oyunu daha çətin olacaq”
ÖLKƏ FUTBOLU 7 İyul 2012 / 01:35 3294
-  A +

“Xəzər Lənkəran”la oyunun çətin olacağını bilirdik. Mən özüm də uşaqlara bildirmişdim ki, Lənkəranda atmosfet tamam başqa olur, orada azarkeş dəstəyi çox güclüdür. Özünüz də gördünüz ki, stadion ağzınacan dolu idi. Oyun da çox çətin keçdi. Öncə hesabı açsaq da sonradan öz səhvlərimiz nəticəsində qapımızdan iki qol buraxdıq. Yaxşı ki, sona yaxın hesabı bərabərləşdirə bildik”.

Bu sözləri Qol.Az-a açıqlamasında Estonyanın “Nomme Kalyu” klubunun müdafiəçisi Tihon Şişov deyil.

Tihon Avropa Liqasının I təsnifat mərhələsinin Estoniyada keçiriləcək cavab oyunun daha çətin keçəcəyini düşünür: “2:2 ilk baxışdan sərfəli hesab kimi görünə bilər. Ancaq bu, bizə arxayınlaşmağa əsas vermir. Cavab oyunu daha çətin olacaq. “Xəzər Lənkəran” növbəti mərhələyə adlamaq üçün mütləq qol vurmalıdır. Odur ki, ilk dəqiqələrdən üstümüzə gələcəklər. Biz sözlə, bizi çox ağır bir oyun gözləyir”.

Qeyd edək ki, bu komandalar arasında Lənkəranda keçirilən ilk oyunda qalib müəyyənləşməyib-2:2.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı