Qənirə Paşayeva: “Sabah “Turan”la bağlı məsələlərə aydınlıq gələcək”

Qənirə Paşayeva: “Sabah “Turan”la bağlı məsələlərə aydınlıq gələcək”
XƏBƏR 6 İyul 2012 / 22:18 3381
-  A +

Azərbaycan Milli Məclisinin deputatı, əslən Tovuzdan olan Qənirə Paşayeva “Turan” klubunun hazırkı durumu ilə bağlı Qol.Az-a müsahibə verib

- Yəqin ki, “Turan”ın vəziyyətindən xəbərdarsınız...

- Bəli, xəbərim var. Özüm burada yox idim, Amerikadaydım və bu gün gəlmişəm. Gələn kimi durumla bağlı mənə də məlumat verdilər və sabah klub rəhbərliyi ilə bir araya gəlib birlikdə bu məsələni ətarflı müzakirə edəcəyik. Ondan sonra "Turan"la bağlı məsələlərə aydınlıq gələcək.

- Hazırkı durumla bağlı nə deyə bilərsiniz?

- Durum yaxşı deyil. Sabah görüşmələrimiz, müzakirələrimiz olacaq. Məndən də xahiş ediblər ki, həmin müzakirələrdə iştirak edim.

- Açıq danışsaq, Tovuz futbol ictimaiyyətinin yeganə ümid yeri sizsiniz. Onlar düşünür ki, bir tovuzlu kimi öz nüfuzunuzdan istifadə edib komandanın ağır vəziyyətdən çıxmasına kömək edəcəksiniz...

- Mən əlimdən gələn dəstəyi “Turan” üçün göstərmişəm və göstərməkdə davam edirəm. Ancaq burada məsələ sistemli həll olunmalıdır. Hansısa qısa müddətli, mövsümü köməkliklərlə iş düzələn deyil. “Turan” köklü bir komandadır. Düşünürəm ki, Azərbaycanın 3 böyük futbol məktəbi varsa, bunun da biri Tovuz futbol məktəbidir. Ona görə də “Turan”la bağlı məsələ hansısa kömək, dəstək məsələsi deyil. Burada məsələlər çox ciddi şəkildə öz həllini tapmalıdır. Bir daha deyirəm, sabah durumu daha ətraflı müzakirə edəcəyik və mən də əlimdən gələn köməyi edəcəyəm ki, bu məsələlər kökündən həll olunsun.

- Bir sözlə, sabahkı görüş çox suallara aydınlıq gətirəcək.

- Bəli. Yalnız sabahkı müzakirələrdən sonra konkret bir söz demək olar. Hər halda, müzakirələrin nəticələri ilə bağlı açıqlama olacaq.


Anar XANLAROV

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı