Ruslan Abışov "Xəzər Lənkəran" tarixində 145-ci oldu

Ruslan Abışov "Xəzər Lənkəran" tarixində 145-ci oldu
XƏBƏR 6 İyul 2012 / 18:47 2271
-  A +

2012/13 mövsümünün ilk oyunu “Xəzər Lənkəran” klubunun tarixinə yeni futbolçunun düşməsi ilə əlamətdar olub.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan milli komandasının oyunçusu Ruslan Abışov komandanın heyətində ilk dəfə rəsmi matçına çıxıb.

Onun debütü Avropa Liqasının I təsnifat mərhələsinin Estoniya “Nomme Kalyu”su ilə ilk oyununa təsadüf edib. Ruslan “Xəzər Lənkəran” tarixinə 145-ci futbolçu kimi düşüb.
 
Lənkəran şəhər stadionundakı matçadək klubun 8 illik tarixində 144 futbolçu rəsmi oyunlarda meydana çıxmışdı. Onlardan 89-u legioner, 55-i yerli futbolçu idi. Yığmamızın üzvü bu siyahıda 56-cı azıərbaycanlı futbolçu oldu ki, ona “ağ-yaşıl” formada oynamaq nəsib olub.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı