PFL Unibank Premyer Liqanın teleyayımına 500 min qiymət qoydu (FOTO)

XƏBƏR 6 İyul 2012 / 16:19 2368
-  A +

Peşəkar Futbol Liqası (PFL) bu gün 2012/2013-cü il mövsümü futbol üzrə Azərbaycan Premyer Liqa və Azərbaycan kuboku oyunlarının yayımı hüququnun satılması ilə bağlı tender keçirib.

Qol.Az-ın PFL-ə istinadən verdiyi məlumata görə, tenderdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev və PFL-in Texniki İdman Şöbəsinin rəhbəri Məlik Həsənovla yanaşı “İdman Azərbaycan” televiziyasından Elsevər Dünyamalıyev ilə “Xəzər” televiziyasından İbrahim Ünlübostan iştirak ediblər. 

Bir illik yayım huqunun qiymətinin 500.000 Azərbaycan manatı dəyərərində müəyyən olunduğu tender 2 saatdan artıq davam edib. Peşəkar Futbol Liqasının şərtləri ilə tanış olan televiziya kanallarının nümayəndələri bir həftə ərzində PFL-in təkliflərinə cavab verəcəklərini bildiriblər.






Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın