"Zestafoni" - "Neftçi" matçının hakimi və başlama saatı bəlli oldu

"Zestafoni" - "Neftçi" matçının hakimi və başlama saatı bəlli oldu
XƏBƏR 6 İyul 2012 / 15:18 2892
-  A +

Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Zestafoni" - "Neftçi" matçının başlama saatı açıqlanıb.

Qol.Az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, "David Abaşidze" stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Artıq matçı idarə edəcək matçın baş hakiminin də adına aydınlıq gəlib. İyulun 24-də keçiriləcək oyunu qazaxıstanlı referi Artyom Kuçin idarə edəcək.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 17-də Bakıda, cavab matçı isə bir həftə sonra Zestafonidə keçiriləcək.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı