Azərbaycan millisinin dünya çempionatındakı rəqibləri müəyyənləşdi (YENİLƏNİB)

Azərbaycan millisinin dünya çempionatındakı rəqibləri müəyyənləşdi (YENİLƏNİB)
ÖLKƏ FUTBOLU 6 İyul 2012 / 19:38 4822
-  A +

Bu gün 17 yaşlı qadınlardan ibarət milli komandalar arasında Bakıda təşkil olunacaq dünya çempionatının püşkü atılıb.

Qol.Az-ın məlumatına görə, Beynəlxalq Muğam Mərkəzində təşkil olunan püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib.

Dünya çempionatına 16 ölkə millisi qatılıb. Bunlardan biri təşkilatçı qismində Azərbaycan yığması olub. Qalan qitələrə gəldikdə, Avropadan Almaniya, Fransa, Asiyadan Yaponiya, Çin, KXDR, Afrikadan Qana, Qambiya, Nigeriya, Şimali və Mərkəzi Amerikadan ABŞ, Kanada, Meksika, Cənubi Amerikadan Braziliya, Kolumbiya, Uruqvay, Avstraliya və Okeaniyadan Yeni Zelandiya mübarizə aparacaq.

Qeyd edək ki, Bakıda keçiriləcək dünya çempionatının final mərhələsi sentyabrın 22-dən oktyabr ayının 13-dək davam edəcək.



2012-ci dünya çempionatının iştirakçıları

Avropa: AZƏRBAYCAN, Almaniya, Fransa

Asiya: Şimali Koreya, Yaponiya, Çin

Afrika: Nigeriya, Qana, Qambiya

Cənubi Amerika: Braziliya, Kolumbiya, Uruqvay

CONCACAF: ABŞ, Kanada, Meksika

Okeaniya: Yeni Zelandiya 



A qrupu: AZƏRBAYCAN, Kolumbiya, Nigeriya, Kanada

B qrupu: Fransa, ABŞ, KXDR, Qambiya

C qrupu: Meksika, Yeni Zelandiya, Braziliya, Yaponiya

D qrupu: Uruqvay, Çin, Almaniya, Qana 


Qeyd edək ki, dünya çempionatının açılış matçı sentyabrın 22-də Azərbaycan və Kolumbiya yığmaları arasında baş tutacaq.
 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı