1994-2012: Azərbaycan klubları avrokuboklarda (STATİSTİKA)

1994-2012: Azərbaycan klubları avrokuboklarda (STATİSTİKA)
XƏBƏR 4 İyul 2012 / 18:45 6305
-  A +

Sabah klublarımız 2012-2013-cü il mövsümü Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində ilk oyunlarına çıxacaqlar. Qol.Az-ın məlumatına görə, bu, komandalarımızın Avropada 17-ci mövsümü olacaq (Məlum səbəblərdən 2002-2003-cü il mövsümü Azərbaycan klubları Avropa kuboklarından kənar qaldı).

Tarixə səyahət

Avrokuboklara ilk ev sahibliyi edən stadion Sumqayıtdakı Mehdi Hüseynzadə adına arena olub. 1994-cü ildə “Turan” Azərbaycan klubları arasında ilk beynəlxalq debütünü avqustda məhz, bu arenada Türkiyənin “Fənərbağça” klubuna qarşı keçirmişdi. Qeyd etdiyimiz kimi, “Turan” klub səviyyəsində Avropadakı ilk təmsilçimizdir. Avrokuboklardakı ilk qolumuzu 1995-ci ildə “Kəpəz”in futbolçusu İmamyar Süleymanov vurub. Süleymanov “Austriya” ilə 1:5 başa çatan səfər matçında yeganə qolumuza imza atıb. Elə həmin il Kuboklar Kubokunun I təsnifat mərhələsinin cavab matçında Sumqayıtda Kiprin “Apoel” klubu ilə 0:0 oynayan “Neftçi” klublarımız arasında ilk xal qazananı olub. Avrokuboklardakı ilk qələbəmiz də “Neftçi”nin aktivindədir. Paytaxt futbolçuları 1996-ci il UEFA kubokunun I təsnifat mərhələsinin ilk oyununda Tofiq Bəhramov adına Respublika stadionunda Bolqarıstanın “Lokomotiv” (Sofiya) klubunu 2:1 hesabıyla məğlub etmişdi. Avrokuboklarda ilk mərhələ keçən klubumuz isə “Qarabağ” olub. Ağdam klubu 1999-cu ildə İntertoto kubokunun I təsnifat mərhələsində İsrailin “Makkabi” (Hayfa) klubunu münbarizədən kənarlaşdırmışdı (2:1, 0:1). Çempionlar Liqasında ilk mərhələ keçən klubumuz isə “Şəmkir” olub. Hazırda I Divizionun ortabablarından olan Şəmkir klubu 2000-ci ildə ilk mərhələdə o dövrün güclü komandalarından olan Latviya “Skonto”sunu üstələməyi bacarmışdı. “Şəmkir” kimi hazırda I Divizonda yarışan Yevlaxın “Karvan” klubu isə UEFA kubokunda ilk mərhələ keçən klubumuzdu. Yevlax klubu 2006-cı ildə Slovakiyanın “Spartak” klubunu mübarizədən kənarlaşdırmışdı (1:0, 2:1). İndi isə, Qol.Az-ın təqdimatında  klublarımızın 17 illik avrokubok tarixi ilə daha yaxından tanış olanız pis olmaz.

Qeyd edək ki, İntertoto və UEFA kuboku uğurunda yarışlar 2008-09-cu il mövsümündən sonra ləğv edilərək Avropa Liqası adını alıb.


1994-95 UEFA kuboku I təsnifat mərhələsi “Fənərbağça” (İstanbul)-“Turan” 5:0, 2:0
1995-96 UEFA kuboku I təsnifat mərhələsi “Kəpəz”-“Austriya (Avstriya) 0:4, 1:5
Kuboklar kuboku I təsnifat mərhələsi “Apoel” (Kipr)-“Neftçi” 3:0, 0:0
1996-97 UEFA kuboku I təsnifat mərhələsi “Neftçi”-“Lokomotov (Bolqarıstan) 2:1, 0:6
UEFA kuboku I təsnifat mərhələsi “Qutnik” (Polşa)-“Xəzri” 9:0, 2:2
Kuboklar kuboku I təsnifat mərhələsi “Qarabağ”-“MüPa-47 (Finlandiya) 0:1,1 :1 (ə.v)
1997-98 Çempionlar Liqası I təsnifat mərhələsi “Neftçi”-“Vidzev” (Polşa) 0:2, 0:8
UEFA kuboku I təsnifat mərhələsi “Yablonets” (Çexiya)-“Qarabağ” 5:0, 3:0
Kuboklar Kuboku I təsnifat mərhələsi “Dinaburq” (Latviya)-“Kəpəz” 1:0, 1:0
1998-99 İntertoto kuboku I təsnifat mərhələsi “İnkaras” (Litva)-“Bakı Fəhləsi” 1:0, 0:1 p. 5:4
Çempionlar Liqası I təsnifat mərhələsi LKS (Polşa)-“Kəpəz” 4:1, 3:1
UEFA kuboku I təsnifat mərhələsi “Arceş” (Rumıniya)-“Dinamo” 5:1, 2:0
Kuboklar Kuboku I təsnifat mərhələsi “Kopenhagen” (Danimarka)-“Qarabağ” 6:0, 4:0
1999-00 İntertoto Kuboku I təsnifat mərhələsi “Makkabi” (Hayfa, İsrail)-“Qarabağ” 1:2, 1:0
II təsnifat mərhələsi “Qarabağ”-“Monpelye” (Fransa) 0:3, 0:6
Çempionlar Liqası I təsnifat mərhələsi “Sloqa Yuqomaqnat” (Makedoniya)-“Kəpəz” 1:0, 1:2
UEFA kuboku I təsnifat mərhələsi “Neftçi”-“Srvena Zvezda” (Yusoqlaviya) 2:3, 0:1
UEFA kuboku I təsnifat mərhələsi “Krivbas” (Ukrayna)-“Şəmkir” 3:0, 2:0
2000-01 İntertoto kuboku I təsnifat mərhələsi “Zaqlembe” (Polşa)-“Viləş” 4:0, 3:1
Çempionlar Liqası I təsnifat mərhələsi “Skonto” (Latviya)-“Şəmkir” 2:1, 1:4 ə.v 1:4
II təsnifat mərhələsi “Slavya” (Çexiya)-“Şəmkir” 1:0, 4:1
UEFA kuboku I təsnifat mərhələsi “Neftçi”-“HİT-Qoritsa (Sloveniya) 1:0, 1:3
UEFA kuboku I təsnifat mərhələsi “Kəpəz”-“Antalyaspor” (Türkiyə) 0:2, 0:5
2001-02 İntertoto kuboku I təsnifat mərhələsi “Qrindavik” (İslandiya)-“Viləş” 1:0, 2:1
Çempionlar Liqası I təsnifat mərhələsi “Barri Taun” (Uels)-“Şəmkir” 2:0, 1:0
UEFA kuboku I təsnifat mərhələsi “Olimpiya” (Sloveniya)-“Şəfa” 4:0, 3:0 UEFA kuboku I təsnifat mərhələsi “Neftçi”-“HİT-Qoritsa 0:0, 0:1
2002-03-cü il mövsümü Azərbaycan futbolundakı qarışıq durum avrokuboklaradkı iştirakımızı əngıllədi
2004-05 İntertoto kuboku I təsnifat mərhələsi “Kazino” (Avstriya)-“Xəzər Universiteti” -:+ (0:3), 1:2
II təsnifat mərhələsi “Tampereb Yunayted” (Finlandiya)-“Xəzər Universiteti” 3:0, 0:1
Çempionlar Liqası I təsnifat mərhələsi “Şiroki Breyq” (Bosniya və Hersoqovina)-“Neftçi” 2:1, 0:1
II təsnifat mərhələsi “Neftçi”-MOİK (Rusiya) 0:0, 0:2
UEFA kuboku I təsnifat mərhələsi “Tbilisi” (Gürcüstan)-“Şəmkir” 1:0, 4:1 UEFA kuboku I təsnifat mərhələsi “Dukla” (Slovakiya)-“Qarabağ” 3:0, 1:0
2005-06 İntertoto kuboku I təsnifat mərhələsi “Karvan”-“Lex” (Polşa) 1:2, 0:2
Çempionlar Liqası I təsnifat mərhələsi “Neftçi”-“Hafnafyordor” (İslandiya) 2:0, 2:1
II təsnifat mərhələsi “Anderlext” (Belçika)-“Neftçi” 5:0, 0:1
UEFA kuboku I təsnifat mərhələsi “Bakı”-“Jilina” (Slovakiya) 1:0, 1:3
UEFA kuboku I təsnifat mərhələsi “Nistru” (Moldova)-“Xəzər Lənkəran” 3:1, 2:1
2006-07 İntertoto kuboku I təsnifat mərhələsi “MKT-Araz”-“Tiraspol” (Moldova) 1:0, 0:2
Çempionlar Liqası I təsnifat mərhələsi “Sioni” (Gürcüstan)-“Bakı” 2:0, 0:1
UEFA kuboku I təsnifat mərhələsi “Zimbru” (Moldova)-“Qarabağ” 1:1, 1:1 ə.v 2:1
UEFA kuboku I təsnifat mərhələsi “Karvan”-“Spartak” (Slovakiya) 1:0, 1:0
II təsnifat mərhələsi “Karvan”-“Slavya” (Çexiya) 0:2, 0:0
2007-08 İntertoto kuboku I təsnifat mərhələsi “Bakı”-“Daçiya” (Moldova) 1:1, 1:1 pen. 1:3
Çempionlar Liqası I təsnifat mərhələsi “Xəzər Lənkəran”-“Dinamo” (Xorvatiya) 1:1, 1:3 ə.v
UEFA kuboku I təsnifat mərhələsi “MKT-Araz”-“Qrotslin” (Polşa) 0:0, 0:1 UEFA kuboku I təsnifar mərhələsi “Rid” (Avstriya)-“Neftçi” 3:1, 1:2
2008-09 İntertoto kuboku I təsnifat mərhələsi “Neftçi”-“Nitra” (Slovakiya) 2:0, 1:3
II təsnifat mərhələsi “Jerminal” (Belçika)-“Neftçi” 1:1, 0:1
III təsnifat mərhələsi “Neftçi”-“Vaslui” (Rumıniya) 2:1, 0:2
Çempionlar Liqası I təsnifat mərhələsi “İnter”-“Rabotniçki” (Makedoniya) 0:0, 1:1
II təsnifat mərhələsi “İnter”-“Partizan” (Serbiya) 1:1, 0:2
UEFA kuboku I təsnifar mərhələsi “Xəzər Lənkəran”-“Lex” (Polşa) 0:1, 1:4
UEFA kuboku I təsnifat mərhələsi “Voyvodina” (Serbiya)-“Olimpik” 1:0, 1:1
2009-10 Çempionlar Liqası I təsnifat mərhələsi “Ekranas” (Litva)-“Bakı” 2:2, 2:4
II təsnifat mərhələsi “Bakı”-“Levski” (Bolqarıstan) 0:0, 0:2
Avropa Liqası II təsnifat mərhələsi “Rusenborq” (Norveç)-“Qarabağ” 0:0, 0:1
III təsnifat mərhələsi “Haka” (Finlandiya)-“Qarabağ” 1:2, 1:2
Pley-off mərhələsi “Tvente” (Hollandiya)-“Qarabağ” 3:1, 0:0
Avropa Liqası I təsnifat mərhıləsi “Xəzər Lənkəran”-“Lex” (Polşa) 0:1, 1:4
Avropa Liqası I təsnifat mərhələsi “Simurq”-“Bney Yehuda” (İsrail) 0:1, 0:3
2010-11 Çempionlar Liqası II təsnifat mərhələsi “İnter”-“Lex” (Polşa) 0:1, 1:0 pen. 6:7
Avropa Liqası I təsnifat mərhələsi “Daçiya” (Moldova) -“Xəzər Lənkəran” 0:0, 1:1
Avropa Liqası II təsnifat mərhələsi “Bakı”-“Buduçnost” (Çernaqoriya) 2:1, 2:1, -:+ (0:3)
Avropa Liqası I təsnifat mərhələsi “Qarabağ”-“Metallurq” (Makedoniya) 4:1, 1:0
II təsnifat mərhələsi “Portadaun” (Şimali İrlandiya)-“Qarabağ” 1:2, 1:1
III təsnifat mərhələsi “Visla” (Polşa)-“Qarabağ” 0:1, 2:3
Pley-off mərhələsi “Borusiiya” D. (Almaniya)-“Qarabağ” 4:0, 1:0 2011-12 ÇempionlarLiqası II təsnifat mərhələsi “Dinamo” (Zaqreb)-“Neftçi” 3:0, 0:0
Avropa Liqasının II təsnifat mərhələsi “Makkabi” (İsrail)-“Xəzər Lənkəran” 3:1, 0:0
Avropa Liqasının I təsnifat mərhələsi AZAL-“Minsk” (Belarus) 1:1, 1:2
Avropa Liqasının I təsnifat mərhələsi “Banga” (Litva)-“Qarabağ” 0:4, 0:3
II təsnifat mərhələsi “Streymurq” (Farer adaları)-“Qarabağ” 1:1, 0:0
III təsnifat mərhələsi “Brügge” (Belçika)-“Qarabağ” 4:1, 0:1
Azərbaycan klublarının qarşılaşdığı ölkələr
Türkiyə (2), Avstriya (3), Kipr (1), Bolqarıstan (2), Polşa (9), Finlandiya (3), Çexiya (3), Latviya (2), Litva (3), Rumıniya (2), Danimarka (1), İsrail (4), Fransa (1), Yuqoslaviya (1), Ukrayna (1), Makedoniya (3), Sloveniya (3), İslandiya (3), Uels (1), Bosniya və Hersoqovina (1), Gürcüstan (2), Slovakiya (4), Rusiya(1), Moldova (5), Belçika (3), Xorvatiya (1), Serbiya (2), Norveç (1), Hollandiya (1), Almaniya (1), Çernaqoriya (1), Farer adaları (1), Belarus (1)



Avropa Kuboklarında iştirak edən Azərbaycan klublarının nəticələri
 

                                O  Q  H  M  T-F  X
Turan (Tovuz) 1994 UK   2 0 0 2 0:7 0
Cəmi UK/1dəfə iştirak      2 0 0 2 0:7 0

Kəpəz (Gəncə) 1995 UK   2 0 0 2 1:9 0
1997 KK 2 0 0 2 0:2 0
1998 ÇL 2 0 0 2 2:7 0
1999 ÇL 2 1 0 1 2:2 3
2000 UK 2 0 0 2 0:7 0
Cəmi 10 1 0 9 5:27 -22

Neftçi (Bakı) 1995 KK 2 0 1 1 0:3 1
1996 UK 2 1 0 1 2:7 3
1997 ÇL 2 0 0 2 0:10 0
1999 UK 2 0 0 2 2:4 0
2000 UK 2 1 0 1 2:3 3
2001 UK 2 0 1 1 0:1 1
2004 ÇL 4 1 1 2 2:4 4
2005 ÇL 4 3 0 1 5:6 9
2007 UK 2 1 0 1 3:4 3
2008 İK 6 3 1 2 7:7 10
2010 ÇL 2 0 1 1 0-3 0
Cəmi 28 10 4 14 23:49 34

Xəzri Buzovna (Bakı) 1996 UK 2 0 1 1 2:11 1
Cəmi 2 0 1 1 2:11 1

Qarabağ (Ağdam) 1996 KK 2 0 1 1 1:2 1
1997 UK 2 0 0 2 0:8 0
1998 KK 2 0 0 2 0:10 0
1999 İK 4 1 0 3 2:11 3
2004 UK 2 0 0 2 0:4 0
2006 UK 2 0 1 1 2:3 1
2009 AL 6 3 2 1 6-5 11
2010 AL 8 5 1 2 12-10 16
Cəmi 28 9 5 14 23-53 32

Bakı Fəhləsi (Bakı) 1998 İK 2 1 0 1 1:1 3
Cəmi 2 1 0 1 1:1 3

“Bakı” (Bakı) 1998 UK 2 0 0 2 1:7 0
2005 UK 2 1 0 1 2:3 3
2006 ÇL 2 1 0 1 1:2 3
2007 İK 2 0 2 0 2:2 2
2009 ÇL 4 1 2 1 6-4 5
Cəmi 12 3 4 5 12-18 13

Şəmkir (Şəmkir) 1999 UK 2 0 0 2 0:5 0
2000 ÇL 4 1 0 3 6:8 3
2001 ÇL 2 0 0 2 0:3 0
2004 UK 2 0 0 2 1:5 0
Cəmi 10 1 0 9 7:21 3

Viləş (Masallı) 2000 İK 2 0 0 2 1:7 0
2001 İK 2 0 0 2 1:3 0
Cəmi 4 0 0 4 2:10 0

Şəfa (Bakı) 2001 UK 2 0 0 2 0:7 0
Cəmi 2 0 0 2 0:7 0

“İnter” (Bakı) 2004 İK 4 3 0 1 6:4 3
2008 ÇL 4 0 3 1 2:4 3
2010 ÇL 2 1 0 1 1-1 3 Cəmi 10 4 3 3 9-9 15

Karvan (Yevlax) 2005 İK 2 0 0 2 1:4 0
2006 UK 4 2 1 1 2:2 7
Cəmi 6 2 1 3 3:6 7

Xəzər Lənkəran (Lənkəran) 2005 UK 2 0 0 2 2:5 0
2007 ÇL 2 0 1 1 2:4 1
2008 UK 2 0 0 2 1:5 0
2009 AL 2 0 0 2 1-5 0
2010 AL 2 0 2 0 1-1 2
Cəmi     8 0 3 5 6:15 3

MKT Araz (İmişli) 2006 İK 2 1 0 1 1:2 3
2007 UK 2 0 1 1 0:1 1
Cəmi 4 1 1 2 1:3 4

Olimpik (Bakı) 2008 UK 2 0 1 1 1:2 1
2011 AL 2 0 1 1 2-3 1
Cəmi 4 0 2 2 3:5 2
 
“Simurq” (Zaqatala) 2009 AL 2 0 0 2 0-4 0
Cəmi 2 0 0 2 0-4 0


Avropa Kuboklarındakı ümumi nəticələr

UEFA Kuboku
O Q H M TF X
1994/95 2 0 0 2 0-7 0
1995/96 2 0 0 2 1-9 0
1996/97 4 1 1 2 4-18 4
1997/98 2 0 0 2 0-8 0
1998/99 2 0 0 2 1-7 0
1999/00 4 0 0 4 2-9 0
2000/01 4 1 0 3 2-10 3
2001/02 4 0 1 3 0-8 1
2004/05 4 0 0 4 1-9 0
2005/06 4 1 0 3 4-8 3
2006/07 6 2 2 2 4-5 8
2007/08 4 1 1 2 3-5 4
2008/09 4 0 1 3 2-7 1
2009/10 10 3 2 5 7-14 11
2010/11 12 7 3 2 19-13 24
Cəmi 68 16 11 41 50-137 56


Kuboklar Kuboku

O Q H M TF X
1995/96 2 0 1 1 0-3 1
1996/97 2 0 1 1 1-2 1
1997/98 2 0 0 2 0-2 0
1998/99 2 0 0 2 0-10 0
Cəmi 8 0 2 6 1-17 2

Çempionlar Liqası

O Q H M TF X
1997/98 2 0 0 2 0-10 0
1998/99 2 0 0 2 2-7 0
1999/00 2 1 0 1 2-2 3
2000/01 4 1 0 3 6-8 3
2001/02 2 0 0 2 0-3 0
2004/05 4 1 1 2 2-4 4
2005/06 4 3 0 1 5-6 9
2006/07 2 1 0 1 1-2 3
2007/08 2 0 1 1 2-4 1
2008/09 4 0 3 1 2-4 3
2009/10 4 1 2 1 6-6 5
Cəmi 32 8 7 17 28-56 31


İntertoto Kuboku

O Q H M TF X
1998 2 1 0 1 1-1 3
1999 4 1 0 3 2-11 3
2000 2 0 0 2 1-7 0
2001 2 0 0 2 1-3 0
2004 4 3 0 1 6-4 9
2005 2 0 0 2 1-4 0
2006 2 1 0 1 1-2 3
2007 2 0 2 0 2-2 2
2008 6 3 1 2 7-7 10
Cəmi 26 9 3 14 22-41 30


Ümumi nəticələr

Turnirin adı     O Q   H  M    TF     X
UK               68 16 11 41 48-137 59
KK                8  0   2   6  1-17     2
ÇL                34 9   7  18 29-57  36
İK                 26 9   3 14 2 2-41  30
Cəmi            108 22 16 70 69-218 82

 

 

Daha çox


Son xəbərlər
14.11.18  23:00

"Real"dan ilk transfer

14.11.18  19:25

"Bavariya"da ciddi itki