Foqts Xodukinlə görüşmədi

XƏBƏR 4 May 2009 / 13:15 2149
-  A +

Dünən Ağdamda keçirilən “Qarabağ” - “İnter” matçını izləyənlər arasında Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts da var idi. Halbuki çoxları üçün onun uzaq Ağdama getməsi gözlənilməz idi. Diktorun millimizin baş məşqçisinin stadionda olduğunu elan etməsindən sonra ağdamlı azarkeşlər Foqtsu hərarətlə alqışladılar. Matçı Quzanlıda izləyən Qol.Az-ın əməkdaşının gözündən yayınmayan bir məqam oldu. Foqts arenaya gələndə hələ oyunun başlanmasına 40-45 dəqiqə var idi və komandalar isinmə hərəkətləri edirdilər. Almaniyalı arxadan başı futbolçularına tapşırıq verməyə qarışan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova yaxınlaşaraq əlini onun kürəyinə vurdu. Geriyə dönən Qurbanov almaniyalını görərkən yaxşı mənada xeyli  təəccübləndi. Bundan sonra baş məşqçilər bir-birləri ilə olduqca səmimi görüçdülər. Tərəflər arasındakı qısa dialoqdan sonra almaniyalı Qurbanova və komandasına uğurlar arzulayaraq fəxri qonaqlar üçün ayrılmış tribunaya tərəf  getdi. Maraqlıdır ki, bu zaman Xodukin də meydançanın digər hissəsində yan xəttin kənarında dayanıb yetirmələrinin isinmə hərəkətlərini izləyirdi. Amma Foqts onunla görüşmədən birbaşa tribunaya çıxdı.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı