Fabreqas: "Bizi qınayanların futboldan anlayışı yoxdur"

Fabreqas: "Bizi qınayanların futboldan anlayışı yoxdur"
AVRO-2012 3 İyul 2012 / 00:01 3325
-  A +

İspaniya millisinin heyətində Avropa çempionluğu yaşayan Sesk Fabreqas İtaliya ilə oyundan sonra maraqlı açıqlamaları ilə diqqət çəkib.

Qol.Az-ın məlumatına görə, "BBC Radio 5 Live"ə danışan Fabreqas sıxıcı futbol oynadıqları üçün onları qınayanların cavabını verib:

"Karyeramın ən unudulmaz gününü yaşadım. Daha öncə ardıcıl 3 titul qazanan komanda olmamışdı. Ancaq biz bunu bacardıq. Düzünü desəm, 4:0 hesabı ilə qalib gələcəyimizi gözləmirdim. Çoxları bizi sıxıcı futbol oynadığımız üçün qınayırdı. Məncə, onların özlərinin futboldan anlayışı yoxdur".

Qeyd edək ki, İspaniya "Avro-2012"nin finalında İtaliyanı 4:0 hesabı ilə məğlub edərək ardıcıl ikinci dəfə Avropa çempionluğunu bayram edib.  


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord