16 ildən sonra vurulan qol

XƏBƏR 3 May 2009 / 19:36 2238
-  A +

Bu gün "Qarabağ" uzun fasilədən sonra doğma Ağdama qayıtdı. "Qarabağ" sonuncu dəfə 16 il əvvəl doğma torpağında meydana çıxmışdı. Bu gün isə 16 illik həsrətə son qoyuldu. "Qarabağ"ın Ağdama qayıtması yerli əhaliyə də böyük sevinc bəxş edib. Əgər belə olmasaydı, yerli camaat qarşılaşmanın startına 1 saatdan da çox vaxt qalmış tribunaları doldurmazdı. Bugünkü oyunda Quzanlı stadionunda həddindən artıq çox azarkeş var idi. Onları başa düşmək çətin deyil. Çünki itirdikləri torpağı onlar doğma komandalarında - "Qarabağ"da yaşadırlar. 
Sedat Sahininin "İnter"in qapısına vurduğu qol Ağdamda 16 ildən sonra vurulan ilk qol idi. Sevindirici haldır ki, bu qolu türk əsilli bosniyalı futbolçu vurdu. Düzdür, "Qarabağ" bu gün qalib gələ bilmədi. Lakin Quzanlı stadionuna toplaşmış azarkeşləri bu o qədər də narahat etmir. Çünki onlar üçün əsas olan komandalarının doğma torpağa qayıdışı idi. Həmin insanlar kimi bizlər də inanırıq ki, bu gün "Qarabağ" doğma torpağına qayıtdığı kimi, yaxın gələcəkdə də həmin insanlar öz doğma torpaqlarına - Qarabağa qayıdacaqlar. Bu gün Quzanlıya qayıdan "Qarabağ" vaxt gələcək "İmarət"ə geri dönəcək.       

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord