Yunis Hüseynov hakimi günahlandırdı

XƏBƏR 3 May 2009 / 19:27 2164
-  A +

“Son iki oyunda qələbə qazandığımızdan bu matçdan da qənaətbəxş nəticəylə ayrılmaq istəyirdik. Lakin təəssüf ki, istəyimizə çata bilmədik”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Neftçi”ylə oyunsonrası mətbuat konfransında “Karvan”ın baş məşqçisi Yunis Hüseynov deyib. O xal ititrmələrinə görə, hakimləri günahlandırıb: “Hakimlikdən narazı qaldım. Mənə elə gəlir ki, hakimin qapımıza penalti təyin etdiyi epizodda heç nə yox idi. Həmin epizodun təkrarına bir daha baxacağam. Bu gün xal itirməyimizi hakimlərin zəif idarəçiliyi ilə əlaqələndirirəm”.     


Son xəbərlər