“Avro-2012”nin ən yaxşı bombardiri kim oldu?

“Avro-2012”nin ən yaxşı bombardiri kim oldu?
AVRO-2012 2 İyul 2012 / 10:41 4803
-  A +

Dünən başa çatan “Avro-2012”nin ən yaxşı bombardiri də məlum olub.

Qol.Az-ın məlumatına görə, altı fərqli ölkədən altı futbolçu eyni sayda qol vurduğundan (hərəyə üç qol) mübahisəli durum yaranıb:  ən yaxşı bombardir kimdir?

Yarışın təşkilat komitəsindən bildirilib ki, bu ad dünən sonradan oyuna daxil olub İtaliyaya qol vuran İspaniya millisinin hücumçusu Fernando Torresə qismət olub. Beləliklə də, Torres Mario Qomes (Almaniya), Alan Dzaqoyev (Rusiya), Mario Mandzukiç (Xorvatiya), Mario Balotelli (İtaliya) və Kriştiano Ronaldonu (Portuqaliya) qabaqlamağı bacarıb.

Qeyd olunub ki, “Avro-2012”də futbolçular arasında vurulan qolların sayı bərabər olduğu üçün onların verdiyi məhsuldar ötürmələrə baxılıb. Torres 3 qol vurmaqla yanaşı bir qolun ötürməsini də verib. Lakin almaniyalı Mario Qomes də eyni göstəriciyə imza atıb. Belə olduğu halda isə futbolçuların meydanda olduğu müddətə baxılıb. Qomes Torresden daha çox – 93 dəqiqə meydanda olduğundan “Avro-2012”nin ən baxşı bombardiri adı ispaniyalı hücumçuya verilib.

Fernando Torres – 3 qol, 189 dəqiqə
Mario Qomes – 3, 282
Alan Dzaqoyev – 3, 253
Mario Mandzukiç – 3, 270
Mario Balotelli – 3, 421
Kristiano Ronaldo – 3, 480


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi