Visente Del Boske çempionluqdan danışdı

Visente Del Boske çempionluqdan danışdı
AVRO-2012 2 İyul 2012 / 03:09 3457
-  A +

"Biz yaxşı bilirdik ki, finalda qələbə qazanmaqla xalqımıza böyük sevinc bəxş edəcəyik. Bunu bacardığımız üçün çox şadıq".

Qol.Az-ın məlumatına görə, bu sözləri İspaniya millisinin baş məşqçisi Visente Del Boske İtaliya ilə oyundan sonra (4:0) keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis qələbəni ailəsi və ispaniyalı azarkeşlərə həsr etdiyini bildirib: "Ardıcıl 3 titulun qazanmaq mənim üçün mümkünsüz görünürdü. Ancaq İspaniya millisi bunun öhdəsindən layiqincə gəldi. Qələbə qazanmaq üçün böyük qüvvə sərf etdik. İtaliya millisinə öz oyunlarını nümayiş etdirməyə imkan vermədik. Bu zəfəri ailəmə və azarkeşlərə həsr edirəm".


Son xəbərlər