Ballak: "Löv baş məşqçi postunda qalmalıdır"

Ballak: "Löv baş məşqçi postunda qalmalıdır"
AVRO-2012 2 İyul 2012 / 00:46 2704
-  A +

Almaniya millisinin sabiq futbolçusu Mixael Ballak Yoahim Lövün komandanın baş məşqçi postunda qalmasının tərəfdarı olduğunu bildirib.

Qol.Az-ın məlumatına görə, "Express" qəzetinə müsahibə verən 32 yaşlı futbolçu Lövü Almaniya millisinə ən uyğun məşqçi kimi dəyərləndirib:

"Löv Avropa çempionatının qrup mərhələsində heyətdə çox az dəyişiklik etdi. Yunanıstanla oyunda isə heyətdə bir neçə dəyişikliyə əl atdı ki, bu da öz nəticəsini verdi. Lakin sonradan heyətdə uyğunluq pozuldu. Bununla belə, düşünürəm ki, Löv Almaniya millisində qalmalıdır. Çünki o hazırda komandaya ən uyğun məşqçidir".

Qeyd edək ki, 1999-2010-cu illərdə Almaniya millisinin şərəfini qoruyan Ballak keçirdiyi 98 oyunda 42 qola imza atıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord