İspaniya yenidən Avropanın ən güclüsü oldu

İspaniya yenidən Avropanın ən güclüsü oldu
AVRO-2012 2 İyul 2012 / 01:36 5013
-  A +

Bu gün Ukrayna və Polşanın birgə təşkilatçılığı ilə keçirilən Avropa çempionatının final oyunu baş tutub.

Qol.Az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 23:45-də keçiriləcək qarşılaşmada İspaniya və İtaliya yığmaları çempion adı uğrunda mübarizə aparıblar.

Oyuna yaxşı başlayan İspaniya millisi matçın 14-cü dəqiqəsində hesabı açıblar. Fasiləyə qədər daha bir dəfə fərqlənən son Avropa çempionları ikinci hissədə də rəqibinə heç bir şans verməyib.

Nəticədə İtaliyanı 4:0 hesabı ilə məğlub edən İspaniya titulunu qorumağl bacarıb. 2008-ci ildə Almaniya məğlub edən (1:0) İspaniya bu dəfə İtaliyanı qızıl medallara həsrət qoyub.





Final

"Avro-2012"nin final matçı

23:45. İSPANİYA – İtaliya - 4:0
Qollar: Silva, 14 (1:0), X.Alba, 41 (2:0), Torres, 84 (3:0), Mata, 88 (4:0)
Baş hakim: Pedro Proensa (Portuqaliya)
Kiyev. “Olimpiyski” stadionu

İspaniya: Kasilyas, Arbeloa, Pike, Ramos, Xordi Alba, Buskets, Xavi Alonso, Xavi, İniyesta (Mata, 87), D.Silva (Pedro, 59), Fabreqas (Torres, 75)

İtaliya: Buffon, Abate, Bonuççi, Barzaqli, Çiellini (Balzaretti, 21), Markisio, Pirlo, De Rossi, Montolivo (Motta, 57), Kassano (Di Natale, 46), Balotelli


Qeyd edək ki, matçın 57-ci dəqiqəsində İtaliyanın son dəyişikliyi olaraq oyuna çıxan Tiaqo Motta az sonra zədələnərək meydanı tərk edib. Belədə İtaliya millisi oyunu bir nəfər azlıqda davam etdirməli olub.  


Son xəbərlər