Almaniya - Türkiyə oyunu UEFA-nı yarım milyon avro ziyana salıb

Almaniya - Türkiyə oyunu UEFA-nı yarım milyon avro ziyana salıb
DÜNYA FUTBOLU 1 Dekabr 2008 / 19:20 3749
-  A +

Bu ilin yayında Avropa çempionatında Almaniya və Türkiyə milli komandaları arasında keçirilmiş yarımfinal matçı UEFA-nı yarım milyon avro ziyana salıb. Mişel Platininin başçılıq etdiyi futbol qurumu bu məbləği görüşü yayımlayan Almaniyanın ZDF telekanalına ödəyəcək. Buna səbəb isə həmin matçda siqnalın itməsi nəticəsində yayımın 18 dəqiqə kəsilməsidir.

Televiziya tamaşaçıları nə 79-cu dəqiqədə alman hücumçu Miroslav Kloze, nə də bundan 4 dəqiqə sonra Semih Şəntürkün vurduğu qolu görə biliblər. Mavi ekran qarşısında oyuna baxanlar yayım bərpa ediləndə Filipp Lamın fərqləndiyi epizodu görüblər. Bu, Almaniya yığmasına qələbə qazandıran top olub və 3:2 hesabı ilə qalib gələn Yoahim Lövün yetirmələri finala vəsiqə qazanıblar.

 

Mənbə: apasport.az


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı