Messi: "İspaniya yenidən çempion olmağa layiqdi"

Messi: "İspaniya yenidən çempion olmağa layiqdi"
AVRO-2012 29 İyun 2012 / 17:32 3506
-  A +

Argentina millisinin və "Barselona" klubunun ulduz futbolçusu Lionel Messi "Avro-2012"nin finalında azarkeşlik edəcəyi komandanın adını açıqlayıb.

Qol.Az-ın məlumatına görə, "Elmundodeportivo.es"ə danışan Messi İspaniyanın yenidən Avropa çempion olacağına inandığını bildirib:

"Bizi finalda maraqlı oyun gözləyir. Ancaq mən İspaniyanın qələbə qazanmasını istəyirəm. Çünki orada "Barselona"dan olan komanda yoldaşlarım çıxış edir. Onlar mənim ən yaxın dostlarımdı. Təbii ki, İtaliya güclü rəqibdir. Lakin İspaniya yenidən çempion olmağa daha layiqdir.

Özümə gəldikdə isə əlbəttə, mən də istərdim ki, dünya kubokunu başım üzərimə qaldırım. Ancaq bunun üçün çox çalışmalıyıq. Sadəcə mən yox, bütün komanda buna hazır olmalıdır. Mən təkbaşına heç nə edə bilmərəm".


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı