Fərid Quliyev: “Standard” layiq olduğu yerdə deyil”

Fərid Quliyev: “Standard” layiq olduğu yerdə deyil”
XƏBƏR 3 May 2009 / 13:53 2232
-  A +

“Çoxdandı qələbə qazana bilmirdik. Buna görə də komandada bir qədər psixoloji gərginlik var idi. Amma “Turan” üzərində qələbə qazanmaqla vəziyyətimiz bir qədər yaxşılaşdırdıq”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri dünən keçirilən “Standard” - “Turan” oyunu haqda fikirlərini bildirərkən, paytaxt klubunun hücumçusu Fərid Quliyev deyib. Dünənki matçda vurduğu 2 qolla komandasının qələbəsində böyük pay sahibi olan gənc hücumçu qarşıdakı oyunlar haqda da danışıb: “Bizim qarşıda ağır 3 oyunumuz var və onların hamısından maksimum nəticəylə ayrılmaq istəyirik. Dünənki oyunda bir daha sübut etdik ki, “Standard” oyununa layiq yerdə deyil. Biz daha yuxarı pillələrdə qərarlaşmalıyıq”.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord