Həmyerlilərimizin komandası bu dəfə də qələbəyə həsrət qaldı

XƏBƏR 3 May 2009 / 12:54 2096
-  A +

Milli komandamızın keçmiş üzvləri - Emin Ağayevin oynayan məşqçi, Aleksandr Jidkovun isə qapıçılarla işləyən məşqçi olduğu Rusiyanın "Volqa" klubu 2 divizionda növbəti oyununu keçirib. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, öz meydanında "Smenı-Zenit" klubunu qəbul edən Tver təmsilçisi bu dəfə də qələbəyə həsrət qalıb. Oyun gedişində 0:2 hesabıyla geridə olmasına baxmayaraq, "Volqa" Xomutov və Stolobovoyun qolları ilə meydandan 1 xalla ayrılıb. 2:2 hesabıyla başa çatan matçda Emin Ağayev 90 dəqiqə forma geyib. Bu heç-heçədən sonra xalını ikiyə çatdıran Tver klubu hazırda 19 komanda arasında 16-cı yerdə qərarlaşıb.     

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord