Prandelli: "Artıq hər kəs İtaliya millisinə hörmətlə yanaşmalıdır"

Prandelli: "Artıq hər kəs İtaliya millisinə hörmətlə yanaşmalıdır"
AVRO-2012 29 İyun 2012 / 04:06 3447
-  A +

"Matçın son 15 dəqiqəsində hesabı artırmaq üçün iki gözəl imkan qazandıq. Lakin bundan yararlana bilmədik. Almanların itirəsi bir şeyi qalmadığından irəli atılmışdılar. Biz isə müdafiəyə çəkilməklə hesabı qorumağı düşünürdük. Sonda bir qol buraxsaq da, bu, heç nəyi dəyişmədi".

Qol.Az-ın məlumatına görə, bu sözləri İtaliya millisinin baş məşqçisi Çezare Prandelli Almaniya ilə oyundan sonra (2:1) keçirilən mətbuat konfransında deyib

İtaliyalı mütəxəssis artıq hər kəsin İtaliya millisinə hörmətlə yanaşmalı olduğunu bildirib: "Həqiqətən də bu möhtəşəm oyun idi. Qələbə qazanmaq üçün meydanda əlimizdən gələni etdik. Meydanın mərkəzində rəqibə oynamaq imkanı vermədik ki, bu da qələbə qazanmağımıza müsbət təsir göstərdi.

Balotelliyə gəldikdə isə məncə, onun karyerası hələ bundan sonra başlayacaq. Artıq final haqda düşünürük. Əlbəttə, İspaniya hər oyunun favoritidir. Onların təcrübəsinə bələdik. Ancaq biz ispanlarla oyunda sonadək savaşacağıq. Əsas odur ki, biz artıq finala qədər irəliləmişik. Bundan sonra hər kəs İtaliya millisinə hörmətlə yanaşmalıdır".


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı