Löv: "Bu məğlubiyyətdən nəticə çıxarmalıyıq"

Löv: "Bu məğlubiyyətdən nəticə çıxarmalıyıq"
AVRO-2012 29 İyun 2012 / 03:33 3120
-  A +

"İlk hissədə qapımızdan iki top buraxdıq ki, bu da vəziyyətimizi daha da çətinə saldı. Bununla belə, komandam ürəklə və sonadək oynadı".

Qol.Az-ın məlumatına görə, bu sözləri Almaniya millisinin baş məşqçisi Yoahim Löv İtaliya ilə oyundan sonra (1:2) keçirilən mətbuat konfransında deyib.

Almaniyalı mütəxəssis komandasının bu məğlubiyyətdən nəticə çıxarmalı olduğunu bildirib: "Fasilədən sonra qol vurmaq üçün yaxşı imkanlarımız oldu. Əgər ikinci hissənin əvvəlində bir qol vursaydıq, o zaman tamamilə fərqli oyun olacaqdı.

Hesabda 0:2 hesabı ilə geridə olarkən İtaliyaya qarşı oynamaq çox çətindir. Çünki onlar bütünlüklə müdafiəyə qapılmışdı. Ancaq yenə də məğlub olduğumuz üçün çox məyusuq. Düşünürəm ki, bu məğlubiyyətdən nəticə çıxarmalıyıq. Ümid edirəm ki, gələcəkdə daha yaxşı çıxış edəcəyik".


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı