Haciyevski “Bakı”nı "Şaxtyor"la müqayisə etdi

XƏBƏR 3 May 2009 / 12:01 2227
-  A +

Dünən keçirilən “Bakı” “Simurq” oyunundan sonra baş tutan mətbuat konfransında hər iki komandanın baş məşqçisi bir-birlərinə replika atıblar. Qol.Az-ın “Bakı”nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, “Simurq”un baş məşqçisi Roman Pokoranın “biz Ukrayna futbolu oynayırıq” sözlərinə “Bakı”nın çalışdırıcısı Coko Haciyevski belə cavab verib: “Kobud oyun Ukrayna futboluna xas deyil. Ukrayna futbolunun özünəməxsus yeri var. Ukraynanın 3 komandası UEFA Kubokunda mübarizə aparırdı. “Dinamo” və “Şaxtyor” yarımfinaldadır. Bu halda, Ukrayna futbolunu necə pisləmək və zəif hesab etmək olar? Əgər söhbət Ukrayna futbolundan gedirsə, biz "Şaxtyor" kimi ağıllı və texnikalı futbola üstünlük veririk. Müqayisə aparmaq istəyirsinizsə, "Bakı" oyun fəlsəfəsi baxımından Ukraynanın "Şaxtyor"udur".
 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı