İspaniyanın finaldakı rəqibi İtaliya oldu

İspaniyanın finaldakı rəqibi İtaliya oldu
AVRO-2012 29 İyun 2012 / 01:38 5089
-  A +

Ukrayna və Polşanın birgə təşkilatçılığı ilə keçirilən Avropa çempionatında bu gün yarımfinal mərhələsinin növbəti oyunu baş tutub.

Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə daha bir qarşılaşma keçirilib.

Son Avropa çempionatının finalçısı Almaniya millisi bu mərhələdə İtaliya yığması ilə qarşılaşıb. Ardıcıl qələbələri ilə diqqət çəkən Bundestim bu oyunun da əsas favoriti hesab olunurdu.

Lakin İtaliya millisi də 12 il (2000) sonra yenidən finala yüksəlmək niyyətində idi. Almaniya millisinin buna nə dərəcədə imkan verəcəyi isə böyük maraq doğururdu.

Lakin ilk hissədə rəqibini 2 dəfə məyus edən İtaliya fasilədən sonra qapısında bir top görüb. Bununla belə, qələbə hesabını qorumağı bacaran İtaliya millisi 12 il sonra yenidən finala yüksəlib - 2:1.

Qeyd edək ki, İtaliya millisi həlledici görüşdə İspaniya yığması ilə qarşılaşacaq.






28 iyun

"Avro-2012"nin yarımfinal görüşləri

23:45. Almaniya - İtaliya - 1:2
Qollar:
Balotelli, 20 (0:1), 36 (0:2), Özil, 90+2 (1:2)

Almaniya: Noyer, Hummels, Badştuber, Lam, Boatenq (Müller, 71), Xedira, Şvaynştayger, Məsut Özil, T.Kroos, Podolski (Reus, 46)), Qomez (Kloze, 46)

İtaliya: Buffon, Çellini, Balzaretti, Barzaqli, Bonuççi, Markisio, De Rossi, Montolivo (T.Motta, 63), Pirlo, Balotelli (Di Natale, 70), Kassano (Diamanti, 57)




27 iyun

Portuqaliya - İspaniya - 0:0 (Penaltilər seriyası - 2:4 )

İspaniya: - + + + +

Portuqaliya: - + + -


Portuqaliya:
Patrisio, Pereyra, Pepe, Bruno Alveş, Koentrao, Meyreleş (Varela, 112), Veloso (Kuştodio, 105), Moutinyo, Nani, Ronaldo, Almeyda (Oliveyra, 81)

İspaniya: Kasilyas, Arbeloa, Pike, Ramos, Alba, Xavi.H (Pedro, 86), Buskets, Xabi Alonso, David Silva (Navas, 60), A.İniesta, Neqredo (Fabreqas, 53)


Son xəbərlər