Paulo Bentu: "Bəxt bizim tərəfimizdə olmadı"

Paulo Bentu: "Bəxt bizim tərəfimizdə olmadı"
AVRO-2012 28 İyun 2012 / 04:25 2851
-  A +

"Çox yaxşı turnir keçirdik. Düşünürəm ki, keçirdiyimiz 5 oyunun hamısında güclü rəqiblərlə qarşılaşdıq. Həmin oyunlardan qalib ayrılsaq da, sonda İspaniyanı keçə bilmədik. 90 dəqiqə yaxşı oynadıq, ancaq qol vurmağı bacarmadıq".

Qol.Az-ın məlumatına görə, bu sözləri Portuqaliya millisinin baş məşqçisi Paulo Bentu İspaniya ilə oyundan sonra (2:4) keçirilən mətbuat konfransında deyib.

Portuqaliya mütəxəssis məğlubiyyətə baxmayaraq, komandası ilə fəxr etdiyini bildirib: "Əlavə vaxtda futbolçularımda yorğunluq hiss olunurdu. Lakin rəqibin hücumlarının qarşısını ala bildik. İspaniya millisi çox güclüdür. Məğlubiyyətə baxmayaraq, komandamla fəxr edirəm. Onlar güclü rəqibə qarşı çox yaxşı oynadılar.

Penaltilər zərbəsinə gəldikdə isə bunun üzərində çox çalışmışdıq. Futbolçular da buna hazır idilər və özlərinə inanırdılar. Lakin bəxt bizim tərəfimizdə olmadı. Artıq bu oyun geridə qaldı. Sentyabr ayında DÇ-2014-ün seçmə mərhələsinin oyunları başlayacaq. Bu oyun sübut etdi ki, biz istənilən komandaya qarşı mübarizə para bilərik".

 


Son xəbərlər